İşə qəbul qaydaları

Mütləq olan sənədlərin siyahısı

  • şəxsiyyət vəsiqəsinin sürəti
  • hərbi biletin surəti
  • sağlamlıq haqqında arayış
  • əsəb-ruhi dispanserində uçotda olmaması barədə arayış
  • narkoloji disponserində uçotda olmaması barədə arayış
  • məhkumluğun olmaması barədə asan xidmətdən arayış

Növbəti şərtlərdən biri namizədlərin Mühafizəçilərin İxtisasartırma Tədris Mərkəzlərində xüsusi kurslarda təlim keçməsidir. Təlimi başa vurub imtahanlardan müvəffəqiyyətlə keçdikdən sonra, namizədlər mühafizə strukturlarında çalışma hüququ verən sertifikatla təltif olunurlar. Bundan sonra mühafizə olunan obyektlərdə onlar təcrübəli mühafizəçilərin nəzarəti altında təcrübə keçirlər. Yalnız bundan sonra onlar qanunvericiliyə uyğun olaraq 3 ay sınaq müddətinə işə cəlb olunurlar. Sonradan sınaq müddətini uğurla başa vuran hər bir mühafizəçi ilə müddətsiz əmək müqaviləsi bağlanılır. Belə yanaşma təcrübi baxımdan özünü doğruldur. Nəticədə işçilərin peşəkarlıq səviyyəsi artır, mühafizəçi qabiliyyəti aşağı olan şəxslərin işə qəbul olunması minimuma enir, mühafizə olunan obyektlərdə baş verə biləcək xoşagəlməz halların qarşısı alınır.

Mühafizəçinin maddi və texniki təchizatı

AR-nın “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanununa əsasən mühafizəçilər xidmətlərini xüsusi geyim formasında aparmalıdırlar. Xüsusi geyim forması mövsümi olaraq 2-cür nəzərdə tutulur:

Geyim

Mühafizə olunan obyektlərdə xidmət aparan mühafizəçilər xüsusi dəbilqələr, parlaq narıncı rəngli xüsusi jiletlər, qoruyucu eynəklər və s. təmin olunurlar. Mühafizəçinin təchizatına həmçinin daxildir:

  • yuksək təhlükə ehtimalı olan postlarda rezin dəyənəklər
  • nəzarət-buraxılış məntəqələrində metal axtaranlar
  • dəstə heyətinin mobil telefonları
  • lazımi məsafə diapazonuna malik radiodalğalı cihazlar
  • xüsusi fitlər
  • guard1
  • guard2
  • guard3

Mühafizəçilərin sosial müdafiəsi

İşçilərin sosial müdafiəsinə dair götürülən öhtəliklər aşağıdakılardır:

  • əmək haqlarının vaxtında verilməsi
  • mövsümə uyğun xüsusi geyim formaları ilə təminat
  • işçilərin icbari sığortalanması
  • yüksək iş göstəricisinə görə mükafatlandırma